Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatlar (PUA) zəlzələ bölgəsinə dəymiş zərərin müəyyən edilməsi və axtarış-xilasetmə işlərinə cəlb edilib.
"Unikal" xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında paylaşım edilib. Paylaşımda zəlzələ bölgəsində çalışan PUA-lar əks olunub.
“Türkiyə Silahlı Qüvvələrimizə məxsus PUA-lar zərər və itkilərin müəyyən edilməsi, həmçinin axtarış-xilasetmə işlərinin koordinasiyası üçün zəlzələ bölgəsində işlərini davam etdirir”, - deyə qeyd edilib.
Türk Silahlı Kuvvetlerimize ait İHA’lar, deprem bölgesindeki hasar ve zayiatın tespiti ile arama-kurtarma çalışmalarının koordinasyonu için deprem bölgesinde çalışmalarına devam ediyor. #MSB #Deprem pic.twitter.com/922GcMy6IN
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) February 6, 2023