İsrailin paytaxtı Təl-Əvivdə bələdiyyə binası Türkiyə bayrağı ilə işıqlandırılıb.
"Unikal" xəbər verir ki, bu barədə İsrailin Türkiyədəki səfiri İrit Lillian "Twitter"də paylaşım edib.
"Türkiyə Cümhuriyyətinin yanındayıq. Rəmzi olaraq Təl-Əviv bələdiyyə binası bu gecə Türkiyə bayrağı ilə işıqlandırılır. Ürəyimiz sizinlədir", - deyə paylaşımda qeyd olunub.