Hələbdə yerli sakinlər dağıntılar altından yeni doğulmuş körpəni xilas ediblər.
"Unikal" xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb .
Dağıntılar altında qalan qadın uşaq dünyaya gətirib. Hadisə şahidləri körpəni çıxara bilsələr də, anasını xilas edə bilməyiblər. O, doğuşdan dərhal sonra dünyasını dəyişib.
Telekanalın məlumatına görə, son məlumatlara görə, gün ərzində Suriya və Türkiyədə baş verən zəlzələ nəticəsində azı 2,3 min nəfər ölüb.
Xatırladaq ki, 2023-cü il fevralın 6-da səhər saatlarında Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Suriya, İraq və Liviyada da baş verib.