Kahramanmaraş zəlzələsindən sonra səsli söhbət tətbiqi olan Discord-da toplaşan bir qrup gənc xilasetmə qrupunun üzvü kimi davranaraq dağıntılar altında qalan vətəndaşı ələ salıb.
"Unikal" xəbər verir ki, sözügedən video sosial mediada böyük əks-səda doğurub. Bundan sonra polis hərəkətə keçib və videonu paylaşan S.Ə. saxlayıb.