Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş insanlara muxtar respublika sakinləri də yardım etməyə başlayıblar.
"Unikal" xəbər verir ki, yardımda iştirak edən insanlar zəlzələ bölgəsinə ehtiyac olan əsasən geyim, çadır, yataq, qızdırıcı avadanlıqlar və azyaşlı uşaqlar üçün lazım olan əşyalar göndərirlər.
Qeyd edək ki, Türkiyənin Naxçıvandakı Baş konsulluğu zəlzələdən zərər çəkmiş insanlara yardım məqsədilə muxtar respublika sakinlərinə müraciət ünvanlamışdı.