Akkreditasiyadan keçməyən universitetlər barədə hansı tədbirlərin görüləcəyi açıqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri Ülkər Səttarova məlumat verib.
O bildirib ki, ali məktəbə bu halda iki illik şərti akkreditasiya verilir və qəbul dayandırılır:
"Bu, ona görə edilir ki, II-III kursda təhsil alanlar təhsilini başa vursunlar. Bundan sonra yenidən akkreditasiya aparılır. Əgər yenə problemlər aradan qaldırılmayıbsa, o zaman ali təhsil müəssisəsinin fəaliyyəti dayandırlacaq".