"Əsrin fəlakəti" olaraq xarakterizə edilən zəlzələ Türkiyədə minlərlə insanın ölümünə səbəb olub. Qardaş ölkənin 10 vilayətində dağıntılara səbəb olan zəlzələdə axtarış-xilasetmə işləri davam edir.
"Unikal" xəbər verir ki, Hatayda fevralın 5-də evlənən cütlük zəlzələnin qurbanı olub. Belə ki, yeni evlənən Elif və Halil İbrahim Aksoy cütlüyü yeni aldıqları evin dağıntıları altında qalaraq, ölüblər.