Fövqəladə Hallar Nazirliyi (FHN) Xaçmaz rayonu, Xudat şəhərində yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Şimal Regional Mərkəzinin xilasediciləri köməyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “Hyundai” markalı iki minik avtomobili toqquşub, 3 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 3 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

xxx

19:02

Xudat şəhərində yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var.

"Unikal" report-a istinadən xəbər verir ki, Gəndab-Yalama yolunun Xudatdan keçən hissəsində “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 1986-cı il təvəllüdlü Babayev Araz Rzaqulu oğlu, 1972-ci il təvəllüdlü Əliyev Cabir Əlirza oglu, 1987-ci il təvəlludlü Səlimov Maqsud Vidadi oğlu və 1989-cu il təvəllüdlu İdrisov Rəfail Ramiz oğlu muxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

İlkin məlumata görə, hadisə nəticəsində üç nəfər də ölüb, onların kimliyi dəqiqləşdirilir.