Naxçıvan şəhərində bir ailənin üç üzvü dəm qazından zəhərlənib.
"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhəri Afiyəddin Cəlilov bina 19, ev 5 ünvanında qeydə alınıb.
Şəhər sakinləri 1951-ci təvəllüdlü Dilbər Tomayeva və nəvələri 2008-ci il təvəllüdlü Dilbər Tomayeva, 2010-cu il təvəllüdlü Jalə Tomayeva yaşadıqları evdə dəm qazının sızması nəticəsində zəhərləniblər. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən zərərçəkənlərin vəziyyəti sabitdir.
Faktla bağla araşdırma aparılır.