Qaxda canavar kənd sakinlərinə hücum cəkib.

"Unikal"ın məlumatına görə, hadisə axşam saatlarında rayonun Ləkit kəndində baş verib. Belə ki, kənd ərazisinə girən canavar kənd sakinləri 1949- cu il təvəllüdlü Rəhimov Qəhrəman Məcid ogluna  və 1963-cü il təvəllüdlü Hacıyev Hacı Əsədulla ogluna hücum edərək xəsarət yetirib.

Xəsarət almasına baxmayaraq H. Hacıyev canavarı bogaraq öldürüb.

Hadisə zamanı xəsarət alan kənd sakinləri  Mərkəzi rayon Xəstəxanasına göndərilib.

Seymur Əli