Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, 2001-ci il təvəllüdlü Abdullayeva Mədinə Səxavət qızı tanıdığı şəxs tərəfindən döyülərək xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol əlin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.