Gəncədə bir neçə gün bundan əvvəl yol qəzasında xəsarət alan şəxs ölüb.

"Unikal"ın məlumatına görə, fevral ayının 18-də, Gəncə şəhərində, Opel markalı avtomobil şəhər ərazisində hərəkətdə olan zaman 2005-ci il təvəllüdlü Sadiq Rəhimovu vurub. Hadisə nəticədə ağır bədən xəsarətləri alan gənc oğlan Mingəçevir şəhər Regional Hospitalına yerləşdirilib.  

Lakin o,  bu gün müalicə aldığı hospitalda dünyasını dəyişib. 

Murad İbrahimli