Bugun saat 22:00 radələrində paytaxtın Ziya Bünyadov prospektində bir neçə nəqliyyat vasitəsinin toqquşması nəticəsində zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib

"Unikal" xəbər verir ki, bu barədə DİN-in Baş DYP İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyevməlumat verilib.
Hadisə nəticəsində ilkin məlumata görə 1 nəfər dünyasını dəyişib 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

xxx

21:47

Bakıda zəncirvari yol qəzası olub, ölən və yaralananlar var.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Məlumata görə, hadisə zamanı bir neçə minik avtomobili toqquşub.

Hadisə yerinə FHN-in xilasediciləri və təcili tibbi yardım briqadası cəlb olunub.