Şəkidə nənə və nəvə dəm qazından zəhərlənib.
"Unikal" xəbər verir ki, rayonun Oxud kənd sakinləri 1955-ci il təvəllüdlü Məmmədova Validə Nəsif qızı və onun nəvəsi 2012-ci il tıvəllüdlü Məmmədli Aydan Arif qızı yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər.
Hər iki şəxs Şəki rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Hazırda onların müalicələri davam etdirilir.
Seymur Əli