2-3 mart tarixlərində Praqada İqtisadi Əməkdaşlıq, Elmi-Texniki və Mədəni Əməkdaşlıq üzrə Çexiya-Azərbaycan Birgə Komissiyasının çoxdan gözlənilən 5-ci iclası keçirilib.
"Unikal" Çexiyanın Azərbaycandakı Səfirliyinə istinadən xəbər verir ki, Çexiya nümayəndə heyətinə Sənaye və Ticarət Nazirinin müavini Petr Treşnak, Azərbaycan nümayəndə heyətinə isə İqtisadiyyat Nazirinin müavini Sahib Məmmədov rəhbərlik ediblər.
Bu il iclasın əsas diqqəti biznes və investisiya əməkdaşlığı, ekoloji texnologiyalar və enerjiyə yönəldilib.