Dünya bazarında neftin qiyməti bahalaşıb.
"Unikal" xəbər verir ki, Londonun ICE birjasında “Brent” markalı neftin qiyməti fevralın 16-dan bəri ilk dəfə bir barel üçün 1,47 faiz artaraq 86,17 dollara yüksəlib.
“WTI” markalı neftin aprel fyuçerslərinin qiyməti də 2,16 faiz bahalaşaraq 1 bareli 79,85 ABŞ dolları təşkil edib.