Gün ərzində Hacıqabul rayonunda dördüncü dəfə zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Unikal"a bildirilib ki, yerli vaxtla saat 20:28-də Şirvan stansiyasından 25 kilometr şimal-qərbdə Hacıqabul rayonunda zəlzələ qeydə alınıb.
Maqnitudası 3.7-yə bərabər olan yeraltı təkanların ocağı 2 kilometr dərinlikdə yerləşib.
Zəlzələ bu dəfə də hiss edilməyib.
***11:34
Azərbaycanda zəlzələ olub.
Bu barədə "Unikal"a Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 10:40-da Şirvan stansiyasından 18 km şimal-qərbdə, Hacıqabul rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.