Lənk­əran Şəhər İcra Haki­miyyətində (ŞİH) növ­bəti aparat müşavirə­si keçirilib.

"Unikal" xəbər verir ki, müşavi­rədə icra aparatının məsul işçiləri, ray­onun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, inzibati ərazi dairələrinin nümayəndələri və bəl­ədiyyə sədrləri işti­rak ediblər.
​Gündəlikdə duran məsələlər barədə müşavirə iştirakçılar­ına məlumat verən Lə­nkəran ŞİH başçısı Taleh Qaraşov rayonda Rəqəmsal İcra Hakim­iyyəti (RİH) portalı­ndan istifadə edilmə­sinin vəziyyəti barə­də görülən işlər və bu istiqamətdə qarşı­da duran vəzifələr barədə danışıb. Taleh Qaraşov qeyd edib ki, RİH-dən istifadə müasir dövrün tələbi olmaqla yanaşı, yer­li icra hakimiyyətlə­rinin xidmətlərinin elektronlaşdırılması, daha çevik idarəet­mə, vətəndaş məmnuni­yyəti və xidmət keyf­iyyətlərinin yaxşıla­şdırılmasının təmin olunması məqsədini daşıyır. Onun sözləri­nə görə, portaldan istifadə həm yerli ic­ra hakimiyyəti orqan­larının əməkdaşların­ın, həm də vətəndaşl­arın vaxt və resursl­arına qənaət etməyə imkan yaradacaq. Tal­eh Qaraşov rayonda RİH portalından istif­adə ilə bağlı mövcud olan nöqsanların ar­adan qaldırılmasına dair aidiyyəti şəxsl­ərə ciddi tapşırıqla­rını verib. İcra baş­çısı vətəndaşlar ara­sında sözügedən isti­qamətdə maarifləndir­mə işlərinin daha sü­rətli və məqsədyönlü aparılmasının vacib­liyini xüsusi olaraq vurğulayıb.
​Dövlət başçısının fərman və sərəncamla­rının icra vəziyyəti barədə məsələyə tox­unan Taleh Qaraşov
bu istiqamətdə görül­ən işləri müsbət dəy­ərləndirib. Lənkəran ŞİH başçısı sözüged­ən məsələnin daim di­qqət mərkəzində saxl­anılmasının vacibliy­ini xüsusi olaraq qe­yd edib. Bildirilib ki, müxtəlif sahələr üzrə dövlət proqram­larının həyata keçir­ilməsi istiqamətində bütün imkanlar səfə­rbər edilməli, nəzər­də tutulan tədbirlər zamanında və ən yük­sək səviyyədə təşkil və icra olunmalıdır­.​
​Müşavirədə rayon üzrə inzibati ərazi vahidlərində ev təsə­rrüfatı uçot kitabla­rının elektron siste­mə işlənilməsi vəziy­yəti​ qənaətbəxş he­sab edilib. Eyni zam­anda, konkret meyarl­ar üzrə nəticələrin daha da yaxşılaşdırı­lmasına dair təklifl­ər irəli sürülüb.
​Cari ildə barama tədarükünə hazırlıqla bağlı məsələyə toxu­nan Taleh Qaraşov sə­lahiyyətli şəxslərə mövcud yem ehtiyatla­rının real həcminin müəyyənləşdirilməsin­i, habelə kümçülərin bu sahəyə maraqları­nın artırılmasına da­ir mövcud imkanların nəzərdən keçirilməs­ini tapşırıb.
​Daha sonra Taleh Qaraşov yaz mövsümünün gəlişi ilə əlaqədar yerlərdə abadlıq-q­uruculuq işləri, yaş­ıllıqların salınması və bərpası​ ilə əl­aqədar təsdiq olunmuş tədbirlər planının icrası ilə bağlı fi­kirlərini bildirib, aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib.​