Martın 6-da Azərbaycan Respublikası Ali Məhkəməsində Ramiz Rzayevin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar tədbir keçirilib.
"Unikal" xəbər verir ki, bu barədə Ali Məhkəmədən bildirilib.
Qeyd olunub ki, Ramiz Rzayev Ali Məhkəmənin sədri vəzifəsini 18 ildir ki, icra edir.
Xatırladaq ki, Ramiz Rzayev R.Rzayev 2005-ci ilin aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədridir. 2005-ci ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvüdür.