"Dərman vasitələrinin keyfiyyəti narahatlıq yaradan problemlərdən biridir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Ombudsman Səbinə Əliyeva deyib.
Onun sözlərinə görə, eyni tərkibli, lakin müxtəlif ölkələrdə istehsal olunan dərmanların orqanizmə təsiri həmin dərmanların keyfiyyəti məsələsinə ciddi yanaşma tələb edir.
"Bu baxımdan, dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir", - deyə S.Əliyeva bildirib.
Anar Kəlbiyev