Məcburi köçkün ailələrdə böyüyən uşaqlar da işğaldan azad edilmiş doğma yurda qayıtmaq istəyirlər. Onların öz arzuları, xəyalları var: hələ üzünü görmədikləri, amma haqqında böyüklərin həsrət və sevgi ilə danışdıqları yerlərdə evlər tikəcək, orada yaşayacaq, işləyəcəklər.
"Unikal" xəbər verir ki, əslən Ağdam rayonunun Seyidli kəndindən olan 9 yaşlı Solmaz Nicat qızı Cəlilova belə uşaqlardan biridir.
Babası Birinci Qarabağ, atası ikinci Qarabağ müharibəsində iştirak etmiş balaca qızcıqaz xəyallındakı Ağdama qovuşmaq istəyindən elə səmimiyyətlə danışır ki...
İşğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı Dövlət Komitəsinin hazırladığı videoçarxların qəhrəmanları tezliklə doğma yurda geri dönəcək həmvətənlərimizdir. Onların aralarında məktəblilər də var. Keçmiş məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edir, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirlər.