Gürcüstan Meliorasiya MMC-nin dəvəti ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə Cəmiyyətin nümayəndələri Gürcüstanda səfərdədirlər.
"Unikal" xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Respublikası ilə sərhəddə yerləşən Candargöl su anbarından 2023-cü ildə birlikdə istifadə məsələləri müzakirə edilib. Qardabani suvarma sistemlərinə baxış təşkil edilib.
Görüşlər dostluq və qarşılıqlı anlaşma şəraitində həyata keçirilib.