Yasamal Rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki Hikmət Usubov vəzifəsindən azad edilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, H. Usubov sərəncama götürülüb.
Qeyd edək ki, Hikmət Usubov sabiq daxili işlər naziri, hazırda Təhlükəsizlik Şurasının katibi olan general-polkovnik Ramil Usubovun qardaşı oğludur.
Murad İbrahimli