Türkiyənin Ankara Universitetinin rektoru professor Necdet Ünüvar Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.
"Unikal" xəbər verir ki, AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova qonaqla görüşüb.
Görüşdə ölkələrimiz arasındakı sıx qardaşlıq əlaqələrinə diqqət çəkilərək beynəlxalq təhsil layihələri çərçivəsində, Türk Dövlətləri Birliyi konteksində və birbaşa əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüşdə Ankara Universitetinin Sosial elmlər fakültəsinin dekanı professor Orhan Çelik də iştirak edib.