Bakıda "Porsche" markalı avtomobilin konstruksiyasına ciddi dəyişiklik edilib.
"Unikal"ın məlumatına görə, 77-GD-491 dövlət qeydiyyat nişanlı maşının sürücüsü avtomobilin ön asqı sisteminə ciddi dəyişiklik edərək maşının qabağını yuxarı, arxasını isə aşağı salıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli saytımıza açıqlamasında bildirib ki, sürücünün avtomobilə bu cür müdaxilə etməsi qayda pozuntusudur:
"Avtomobilin normativ tələblərini bu şəkildə pozan sürücüləri İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən 150 manat məbləğində cərimə gözləyir. Onu da qeyd edim ki, maşın cərimə meydançasına aparılmalıdır".
Murad İbrahimli