“Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli 8 nömrəli Qərarında dəyişiklik edilib.
"Unikal" xəbər verir ki, dəyişiklik barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
“Kollegiyanın üzvləri:” bölməsi üzrə: 2.1. üçüncü abzasda “məskunlaşma, miqrasiya və məşğulluq” sözləri “Regional idarəetmə və status” sözləri ilə əvəz edilib; 2.2. dördüncü abzasda “ümumi” sözü “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş” sözləri ilə əvəz edilib; 2.3. beşinci abzasda “nəzarət, təşkilat və analitik şöbəsinin müdiri.” sözləri “Təşkilat-nəzarət və analitika şöbəsinin müdiri.” sözləri ilə əvəz edilib;
Eyni zamanda, aşağıdakı məzmunda altıncı və yeddinci abzaslar əlavə edilib: “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Aparatının Maliyyə şöbəsinin müdiri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin direktoru”.