Bir müddət əvvəl mətbuatda "bina əyildi, sakinlər təhlükədə" başlıqlı yaz dərc edilmişdi.

"Unikal" xəbər verir ki, İqtisadi.az saytının əməkdaşı həmin əraziyə ezam olunub. 

 

İlk növbədə "Qobu Park-2” Yaşayış Kompleksinin tikintisində podratçı kimi çıxış etmiş "Kristal Abşeron"un əməkdaşları ilə birlikdə əraziyə baxış keçirilib. Yayılmış görüntülər inşaat norma və qaydalarına əsasən 2 bina arasındakı olmalı olan boşluq - antiseysmik tikişin üzərində olan dekorativ dəmir listlərin dəyişdirilməsi zamanı çəkilib.

Şəkillərdə də görüntüyü kimi sözügedən boşluğun aşağı hissəsindəki dekorativ dəmir list yerində qalıb, ortada bir hissəsində dəmir list dəyişdirilir. Bütün bu proseslər isə binanın dayanıqlılığına heç bir təsir göstərmir. Bina Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumlarının nümayəndələri tərəfindən yoxlanılıb. Bina konstruktiv cəhətdən tam yüksək səviyyədədir və binanın konstruksiyasında millimetr qədər belə zədə yoxdur. 

Binada istifadə olunan armaturlar Rusiya istehsalı A500 markadır, beton isə M400 markadır. Eyni zamanda memarlığında da hər hansı bir dəyişiklik yoxdur. Son olaraq məlumat vermək istəyirik ki, bina tam təhlükəsiz şəkildə sakinlərin istifadəsindədir. Vətəndaşları yayılan dezinformasiyalara inanmamağa çağırırıq.