Martın 10-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) arasında imzalanmış Memorandum çərçivəsində İşçi qrupların görüşü təşkil olunub.

"Unikal" xəbər verir kiAkademiyada keçirilən görüşdə ASAPES-in Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Təhminə Tağı-zadə, Tədrisin təşkili üzrə prorektor Rafail Novruzov, Tədris hissəsinin müdiri Nazim Abbasov, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin dekanı Qənbər Cəfərov, Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun direktor müavini polkovnik Rəşad Tahirov, Hərbi tibb fakültəsinin rəisi polkovnik Cingiz Əlləzov, Fiziki hazırlıq şöbəsinin rəisi polkovnik Zal Nəbiyev, Monitorinq və qiymətləndirmə şöbəsinin bölmə rəisi polkovnik-leytenant Namiq Kərimov iştirak edib.

Tərəflər imzalanmış Memorandum çərçivəsində əməkdaşlığın müxtəlif istiqamətləri - fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisası üzrə pedaqoji kadr hazırlığının elmi-pedaqoji və metodik problemləri, birgə elmi-tədqiqat fəaliyyətinin təşkili aspektləri, o cümlədən ixtisasartırma sahəsində əməkdaşlıq imkanları barədə geniş müzakirələr apararaq birgə fəaliyyət planı tərtib ediblər. Bundan başqa, növbəti görüşlərdə görüləcək işlər də müəyyənləşdirilib.