Martın 12-14-də Bakıda 1, 2, 4, 5, 10, 18, 21, 30, 32, 46, 49, 88, 125, 127, 175, H1, M3 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Bu barədə "Unikal"a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Dəyişikliyə səbəb həmin tarixlərdə Neftçilər prospektində, eləcə də Akademik Zərifə Əliyeva küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrin hərəkətinə məhdudiyyətin tətbiq edilməsidir.

Sözügedən marşrut xətləri üzrə avtobusların hərəkəti alternativ (Əhməd Cavad küçəsi, Niyazi küçəsi, İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Şəmsi Bədəlbəyli küçəsi, Azadlıq prospekti,Nizami küçəsi) küçələrlə təşkil ediləcək.