Ötən gün Bakıda qadın döyülüb.

DİN-in mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı görüntülərlə bağlı "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, paytaxtın Binəqədi rayonunda gecə saatlarında bir qadın polis əməkdaşlarına müraciət edərək tanışı  tərəfindən döyülüb təhqir olunması ilə bağlı məlumat verib.  

Gecə saatlarında polis əməkdaşlarına tabesizlik göstərən barəsində şikayət olunan şəxs müvafiq polis bölməsinə təhvil verilib. Hazırda daxil olan müraciət üzrə təhqiqat araşdırmaları aparılır.

Seymur Əli