“Ali təhsil haqqında” qanun layihəsində elmi tədqiqatların maliyyələşməsi ilə bağlı müəyyən qüsurlar var. 2011-ci ildən heç bir universitet bir manat da olsa maliyyə almayıb.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
“Belə olan halda hansı elmdən söhbət gedə bilər?! Hamı reytinq, məqalə istəyir. Bəs bu nəyin hesabına olacaq?! Yenə də alimlərin özünün fədakarlığı, yaxud təhsildən əldə edilən vəsait hesabına olur. Yadıma gəlir ki, ADNSU “universitet layihəsi” adı altında çıxış etmişdi. Maliyyə yoxlamalarında mənə qüsur tutdular ki, buna elmi layihələrin maliyyələşdirilməsi adı qoya bilməzsiniz", - deyə rektor bildirib.
Anar Kəlbiyev