"Bəzi ölkələrdə rezidentura magistratura səviyyəsi olaraq nəzərə alınır. Bu nöqteyi-nəzərdən doktoranturaya keçid necə olacaq? Universitetimizdə bəzi ixtisaslarda rezidentura yoxdur".

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyli Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

"Həmin ixtisasları bitirən şəxs gələcəkdə doktorantura üzrə qəbul oluna bilərmi? Çünki hazırki qanunvericilikdə həkim-mütəxəssis ifadəsi var. 6 illik tibb təhsili alan şəxs həkim sayılsa da, mütəxəssis hesab edilmir. Yəqin ki, bu məsələlərə də baxılacaq”, - deyə rektor bildirib.

İdarəçilik məsələsinə toxunan G.Gəraybəyli qeyd edib ki, Elm və Təhsil Nazirliyinin əsasnaməsində dekanların 2 dəfə seçilmə şansı var: “Təklif edirəm ki, bunun kafedra müdirinin seçiminə də şamil edilməsinə baxılsın. Çünki artıq o dövr gedib ki, bir nəfər 30 il kafedra müdiri vəzifəsində çalışsın”.

Anar Kəlbiyev