Xəbər verdiyimiz kimi, ötən gün Goranboyda toydan qayıdanlar qəzaya düşüb, 2 nəfər həyatını itirib.
"Unikal"ın məlumatına görə, qəza zamanı ölən 2000-ci il təvəllüdlü Ayxan İsgəndərov 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Qeyd edək ki, Ayxan İsgəndərovun 3 qardaşı var.
Xatırladaq ki, hadisə gecə saatlarında Bakı-Qazax yolunun Goranboy rayonunun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "RAV 4" və "Mercedes CLS" markalı minik maşınları yolun kənarında dayanıblar. Bu zaman Goranboy rayon sakini 1992-ci il təvəllüldü Abbas Abbasov idarəetdiyi "Mercedes" markalı minik maşını ilə üzü Bakı istiqamətdə olarkən idarəetməni itirərək digər nəqliyyat vasitələrinə çırpılıb. Nəticədə "RAV 4"ün sürücüsü 2000-ci il təvəllüdlü Ayxan İsgəndərov və "Mercedes CLS"nin sürücüsü 1986-cı il təvəllüdlü Rəşad Hüseynov ölüblər.
Tural Əhmədov