Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycanın daha bir beynəlxalq sənədə qoşulması müzakirə edilib.
"Unikal" xəbər verir ki, komitənin iclasında “Müstəqil Dövlətlər Birliyin iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahələrində qarşılıqlı fəaliyyəti haqqında 1992-ci il 9 oktyabr tarixli Sazişdə dəyişiklik edilməsi barədə” Protokolun təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, Sazişin yerinə yetirilməsi ilə əlaqədar Dövlətlərarası şura yaradılır və bu şura MDB-nin sahə əməkdaşlıq orqanına çevrilir.
Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Anar Kəlbiyev