"Yay aylarında pambığın və digər təsərrüfatların suvarılmasında ciddi problemlər olur. Bunun bir səbəbi də əkin sahələrinin artırılmasıdır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Rzayev deyib.
O bildirib ki, əvvəllər ölkədə 40-50 min hektarda pambıq əkilirdisə, indi 100 min hektardan çox sahədə pambıq əkilir: "Digər kənd təsərrüfatı məhsulları da çox əkilir. Son illər əhali də sürətlə artır. Bəlalı məsələ odur ki, biz sudan qənaətlə istifadə etmirik. Suvarma texnologiyası tətbiq olunmayıb. Yeni suvarma texnologiyaları istifadə olunmalıldır".
Deputat qeyd edib ki, əvvəl bu vaxtlarda Kürün suyu daşardı: “İndi iqlim dəyişikliyi, quraqlıq amili var. Nəinki Kür quruyur, Arazın da suyu azalıb. Digər amillərdən biri budur ki, bizdə iri təsərrüfatların yaradılması baş vermir. Hərənin 3 hektar sahəsi var, istəyir özü əksin, özü biçsin. Belə olanda torpağın becərilməsi və suvarılmasında çətinliklər ortaya çıxır. Qardaş, əmioğlu, dayıoğlu torpaqlarını birləşdirməlidir".
Anar Kəlbiyev