Kür çayının suyunda artım qeydə alınıb.
Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən xəbərə görə, bu barədə Kür Qıraqkəsəmən hidroloji məntəqəsinin məlumatında bildirilib.
Rəsmi məlumata görə, hazırda məntəqədə su sərfi 310 m3/s qeydə alınır ki, bu da ongünlük normanın 116 % ni təşkil edir. 2022-ci ilin müvafiq dövründə bu rəqəm 173 m3/s olmaqla, ongünlük normanın 65 %-ni təşkil etmişdir. Hazırda sululuq keçən il ilə müqayisədə 79 % çoxdur.
Bildirilib ki, Kür-Surra məntəqəsində suyun səviyyəsində 2 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 83,0 m3/san qeydə alınır ki, bu da ongünlük normanın 15 % ni təşkil edir. 2022-ci ilin müvafiq dövründə bu rəqəm 60,0 m3/s olmaqla, ongünlük normanın 10 %-ni təşkil etmişdir. Hazırda sululuq keçən il ilə müqayisədə 38 % çoxdur.
Kür-Şirvan məntəqəsində suyun səviyyəsi 10 sm artıb və səviyyə 89 sm olub (2022-ci ildə səviyyə 85 sm təşkil edib).