Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlar 90-cı illərdən sonra kortəbii formada paylanılıb. 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Rzayev deyib.  

Komitə sədrinin sözlərinə görə, ötən iclasda Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı çıxışında qeyd edib ki, ancaq bir rayonda 17 min hektar kənd təsərrüfatı təyinatlı torpaq tikinti altına verilib:

"İndi görün, bir rayonda belə hal varsa, respublikada nə qədər belə hallar var. Bu istiqamətdə tədbirlər görülür".

Anar Kəlbiyev