Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Novruz bayramına həsr edilmiş tədbir təşkil olunub.

"Unikal" xəbər verir ki, tədbir Akademiyanın rektoru Fuad Hacıyevin təbrik çıxışı ilə başlayıb. DJ şou və musiqili qonaqlarla davam edən şənlikdə tələbələr müxtəlif yarışlarda qüvvələrini sınayıb, birgə bayram sovqatlarından dadılıb.

Sonda əyləncəli oyunlar təşkil edilib və bayram tonqalı yandırılıb.