Çeçenistan lideri Ramzan Kadırov 20 yaşlı qızı Xutmat Kadırovanı respublikanın səhiyyə sahəsinə kurator təyin edib. 

"Unikal" xəbər verir ki, bu  barədə Rusiya KİV-ləri məlumat yayıb. 

Bundan əvvəl Xutmat Kadırova Çeçenistan Respublika rəhbərinin katibliyinin rəis müavini vəzifəsini tutub. 

Qeyd edək ki, Kadırovun 24 yaşlı qızı Ayşat Kadırova daÇeçenistanın mədəniyyət naziri vəzifəsini tutur, 17 yaşlı oğlu Axmat isə “Rusiya Uşaq Hərəkatı”nın Çeçenistan bölməsinə və gənclərə rəhbərlik edir”.

Gülayə Mecid