Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ənənəvi Novruz mühazirələrinə start verilib. 

"Unikal" xəbər verir ki, 2023-cü ilin ilk Novruz mühazirəsində AzMİU-nun tələbə həmkarlar ittifaqı komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü Bayram Aslanov və AzMİU-nun rektorunun müşaviri professor Azər Qasımovun mühazirələri dinlənilib.

Bayram Aslanov “Gənclər siyasətində milli-mənəvi dəyərlərimizin əhəmiyyəti” adlı mühazirəsində ölkəmizin gənclər siyasəti, bu siyasətdə milli-mənəvi dəyərlərin yerindən və gənclərin potensialından danışıb. 

Professor Azər Qasımzadə “Zəlzələ mühəndislərin gözü ilə” adlı mühazirəsində Türkiyədə minlərlə insanın həlak olması ilə nəticələnən zəlzələyə diqqət çəkərək bu təbiət hadisəsi ilə bağlı elmi-ictimai məlumatları verib. Məruzəçi çıxışında zəlzələ zamanı insan tələfatının qarşısının alınmasında mühəndis işinin rolundan danışıb.