Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) Gənc İstedadlar Proqramına (GİP) seçilmiş gənclərlə görüş təşkil olunub.

"Unikal" xəbər verir ki, tələbələr öncə SOCAR-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi və Azərbaycan Nefti sərgisi ilə tanış olublar.

Daha sonra GİP-də iştirak edən tələbələrlə SOCAR-ın prezidenti Rövşən Nəcəfin görüşü keçirilib. GİP-in iştirakçılarını təbrik edən Rövşən Nəcəf şirkətin korporativ hədəflərinə çatmasında istedadlı gənclərin rolundan və əhəmiyyətindən bəhs edib.

Proqramın bundan öncəki qaliblərinin nailiyyətləri ilə bağlı çıxışlarından sonra, görüş müzakirələr formatında davam etdirilib.