Bazar günü Alyaska sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb
Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,9 min nəfərin yaşadığı Ankor-Poynt kəndindən 19 km cənub-qərbdə və 298 min nəfərdən çox əhalisi olan Ankoric şəhərindən 209,7 km cənub-qərbdə olub.
Mənbə 65,4 km dərinlikdə yerləşib.
Dağıntı və ya sunami təhlükəsi barədə məlumat verilməyib.