Moldova prezidenti Maya Sandu milli qanunvericilikdə dövlət dilinin “rumın dili” adının müəyyən edilməsini nəzərdə tutan qanunu imzalayıb.
"Unikal" xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində məlumat yayıb.
"Bu qanun tarixi həqiqəti təsdiqləyir: Moldovada dövlət dili rumın dilidir", - Sandu bildirib.
O xatırladıb ki, rumın dili Aİ-nin rəsmi dillərindən biridir.