Türkiyənin 11 vilasyətində baş verən zəlzələdən sonra dağılan binalarla bağlı bu günədək 1364 şübhəli haqqında araşdırma aparılıb.
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV və STAR TV-nin birgə yayınmındakı müsahibəsində bildirib.
Onun sözlərinə görə, onlardan 302-si həbs edilib, 312 şübhəlinin həbsinə dair isə qərar çıxarılıb.