Kürdəmirdə 3 otaqlı evdə yanğın olub.

"Unikal" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin 1 otağının, mətbəxinin qamışdan ibarət tavanı və dam örtüyünün taxta atmaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.