Türkiyənin Kocaeli şəhərinin Gebze rayonunda kimyəvi maddələr istehsal edən fabrikin anbarında yanğın baş verib. 

"Unikal" xəbər verir ki, naməlum səbəbdən başlayan yanğın hələ də davam edir. Yanğınsöndürənlər yanğını söndürməyə çalışır. 

Ölən və ya xəsarət alanlarla bağlı məlumat verilməyib. 

Ağarza Elçinoğlu