Qaxda həmkəndlilər arasında mübahisə bıçaqlanma ilə sona çatıb.

"Unikal"ın məlumatına görə, ötən gün axşam saatlarında rayonunun Şotavar kəndi ərazisində kənd sakinləri, 2001-ci il təvəllüdlü Azər Nadirovla 23 yaşlı Alqış İbrahimov arasında şəxs münasibətlər zəminində mübahisə yaranıb. Bu zaman A.Nadirov A.İbrahimova bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən Azər Nadirov saxlanılıb və zərərçəkənin xəsarətlərinin dərəcəsinin müəyyən olunması üçün  müvafiq ekspertiza təyin edilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Murad İbrahimli