Samuxda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun İnstitut qəsəbəsində qeydə alınıb. Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin baş inspektoru Kərim Mehdiyev idarə etdiyi xidməti avtomobili olan "KİA" markalı minik maşını ilə "Mercedes" markalı minik maşını ilə toqquşub. Qəza zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib. Məlumata görə, qəzaya səbəb DYP avtomobili olub, dönmə əməliyyatı edən zaman qəza baş verib.
Qeyd edək ki, Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin baş inspektoru Kərim Mehdiyev ötən ay öz şəxsi avtomobili ilə də qəza törədib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov