ABŞ-ın cənubunda baş verən tornado azı 23 nəfərin həyatına son qoyub.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində evlər dağılıb, minlərlə dinc sakin işıqsız qalıb.

Tornado Missisipi, Alabama və Texas ştatlarına daha çox ziyan vurub. Səlahiyyətlilər təhlükəli vəziyyətlə bağlı sakinlərə xəbərdarlıq edib.

Fırtına Missisipi ştatının Silver-Siti ə Rollinq-Fork şəhələrində dağıntılar yaradıb. Texasda isə saatda 100 mil sürətlə əsən iki tornado 5 nəfərin yaralanmasına səbəb olub.

*** 14:25

ABŞ-nin Missisipi ştatında tornado azı 14 nəfərin həyatına son qoyub.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli və federal hakimiyyət orqanlarına istinadən ABC telekanalı məlumat yayıb.

Tornado ciddi dağıntılara səbəb olub. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.