Kürdəmirdə kafe yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən xəbərə görə, rayonunun Pirili kəndində ümumi sahəsi 30 m² olan kafenin taxta konstruksiyalardan ibarət tavanı 15 m² sahədə yanıb.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.